“Qarabağ”dan 5 qollu qələbə 

22:01 18.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Misli Premyer Liqasında II dövrəyə start verilib.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, X turun ilk günündə bir oyun keçirilib.

Yeganə qarşılaşma Tovuzda baş tutub. Çempionatın autsayderi "Kəpəz" Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edib. Oyun qonaq komandanın üstünlüyü ilə keçib. Qurban Qurbanovun yetirmələri 5:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, turun digər görüşləri oktyabrın 19-20-də keçiriləcək.